Argentina səfirliyi ilk BakıTanqo Festivalı keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Argentina səfirliyi ilk BakıTanqo Festivalı keçirir

17:38 - 02 / 10 / 2017
Argentina səfirliyi ilk BakıTanqo Festivalı keçirir

4-7 oktyabr tarixlərində ilk Bakı Tanqo festivalı keçiriləcək.

1news.az –a Argentinanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festivalın proqramında pulsuz tanqo dərsləri, rəqs performansları və canlı musiqi daxil edilib.

Festival yerli rəqs məktəbləri olan   "I.N. Tango Baku", "Tango ON" və "R&N-Project Dance School"un dəstəyi, Passage 1901 restoranının sponsorluğu ilə Azərbaycandakı Argentina səfirlyi tərəfindən təşkil olunub. Bütün dərslər və tədbirlər pulsuzdur.

Festivalda əsas məqsəd həmişə Tanqo oynamağı düşünən, lakin ilk addımı atmağa cəsarət etməyən insanlardır. Buna görə Argentina və Gürcüstandan dəvət olunan müəllimlərlə hər gün yeni başlayanlar üçün (və orta səviyyə) dərslər keçiriləcək.

Şənbə günü ayın 7-də Açılış Milonqası (milonqa spontan sosial rəqslər üçün insanların bir yerə yığılmasıdır) və Çakarera dərsi (Argentina folklore musiqisinin digər bir növü) də keçiriləcək.

Şənbə günü axşam yeni başlayanlar üçün 19:00 dərslərindən dərhal sonra sonra festivalın ən maraqlı hissəsi, Qala Milonqa başlayacaq: axşam saat 20:00-dan etibarən qonaqlar yerli musiqiçilər Aleksey Miltix(violonçel), Ceyla Seyidova(skripka) və Səidə Tağızadənin (piano) müşayəti ilə canlı tanqo musiqisi sədaları altında rəqs etməkdən həzz alacaqlar.

Fasilələr zamanı qonaq və yerli müəllimlər  bu audivizual səhnəni tamamlayaraq qısa  rəqs performansları nümayiş etdirəcəklər.

 Festivalı tam proqramını və ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.facebook.com/events/175019413073458/

 

P.Sultanova

 

Paylaş:
1253

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər