Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

17:53 - 02 / 10 / 2017
Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib.

1news.az-ın məlumatına görə, məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar BŞTİ-nin nəzdindəki 20 nömrəli məktəb-liseydə tədbir keçirilib.

Tədbirdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edilib.

Tədbirdə məlumat verilib ki, 2017-2018-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

2017-2018-ci tədris tədris ilində paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.

Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlimlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.

Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur.

Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanmalı və mayın 31-də başa çatmalıdır. Lakin 2017-cı ildə oktyabrın 1-i bazar gününə təsadüf etdiyindən məşğələlər ayın 2-dən başlayıb.

Babək Cahandarov

 

Paylaş:
1515

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər