Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

21:50 - 02 / 10 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-230, Lənkəran-Astara bölgəsi çaylarında 60-65, Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, oktyabrın 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib. 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 18,5 m3/s olmaqla, ongünlük normanın 19 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 96 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub. 

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində  2sm, Şirvanda 4 sm,  Araz çayının Novruzlu məntəqəsində 18 sm azalma qeydə alınıb, lakin Salyanda 8 sm, Bankə məntəqəsində isə 20 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il oktyabrın 02-də 498 sm),Şirvanda 259 sm, Salyanda 205 sm (2016-cı il oktyabrın 02-də 340sm), Bankədə 205 sm (2016-cı il oktyabrın 02-də 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 02-də 214 sm) təşkil edir. 

Babək Cahandarov

 

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər