“DokuBaku” beynəlxalq sənədli film festivalında 33 ekran əsəri nümayiş olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“DokuBaku” beynəlxalq sənədli film festivalında 33 ekran əsəri nümayiş olunacaq

14:45 - 03 / 10 / 2017
“DokuBaku” beynəlxalq sənədli film festivalında 33 ekran əsəri nümayiş olunacaq

Oktyabrın 12-dən 20-dək Azərbaycanda ilk dəfə “DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Reallığı sınayaraq” devizi altında təşkil olunacaq festival iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq. Festivala Hannes Lang, Erik Gandini kimi tanınmış rejissorlar qatılacaq.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli film nümayiş olunacaq. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.

Babək Cahandarov

Paylaş:
753

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər