Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib

15:56 - 03 / 10 / 2017
Azərbaycanın Dostları  Assosiasiyasının sessiyası keçirilib

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları  Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib.

1news.az xəbər verir ki, Konyak  şəhərinin meri, ADA-nın İdarə Heyətinin üzvü Mişel Qurənşas toplantını açaraq Azərbaycanla münasibətlərdən, intensiv inkişaf edən qardaşlıq əlaqələrdən bəhs edib, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat verib.

ADA -nın prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın  daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qısa müddət keçməsinə baxmayaraq,  bu istiqamətdə müxtəlif uğurlu  layihələrin həyata keçirildiyini vurğulayıb. Jan-Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində  də intensiv səylər göstərildiyini qeyd edib. O, ADA-nın ölkəmizin  zəngin tarixini, mədəniyyətini  fransız xalqına yaxından tanıtmaq məqsədilə  Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində həyata keçirilən layihələri dəstəklədiyini qeyd edib.

Daha sonra gündəlikdəki mövzular, 2018-ci ildə nəzərdə tutulmuş  tədbirlər planı müzakirə edilib. İdarə heyətinin üzvləri  şərqdə ilk Demokratik Respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi, ölüm hökmünün ləğv edilməsinin 20 illiyi və bir sıra əlamətdar  hadisələrdən söz açıb, 2018-ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağını bildiriblər. 

ADA -nın Baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək qarşıdakı layihələr  barədə İcra Şurasının üzvlərinə ətraflı məlumat verib.

Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən  Azərbaycanın Dostları Assosiasiyasının  Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və bu səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.     

Toplantıda ADA-nın İcra Şurasının yeni tərkibi və sədr müavini seçilib. YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri  Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə ADA sədrinin müavini vəzifəsinə seçilib. İlin sonunda bu tərkib və ADA-nın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək.   

İclasdan sonra İcra Şurasının üzvləri “Tovuz Nar Evi »nin açılışında  iştirak ediblər. Bundan başqa, ADA-nın nümayəndə heyəti Konyak Oranjerisinde yerləşən Azərbaycan şairi Məhsəti Gəncəvinin heykəlini ziyarət edib.

1news.az

Paylaş:
495

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər