Səfir: “Azərbaycan Cənubi Qafqazda bizim vacib tərəfdaşımızdır”
İspaniya Avropa İttifaqının üzvüdür və sıx tərəfdaşıdır.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İspaniyada baş verən son hadisələrə münasibət bildirərkən deyib. Aİ-nin vahid xarici siyasət irəli sürdüyünü deyən səfir bildirib ki, Aİ, Avropa Komissiyası bu mövzuda birmənalı mövqeyini bildirib.
Diplomat Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, Almaniya Azərbaycanın əraz bütovlüyünü tanıyır və mübaqişənin həlli üçün danışıqların davam etməsini istəyir: “Azərbaycan Cənubi Qafqazda bizim vacib tərəfdaşımızdır”.
Səfir əlavə edib ki, son zamanlar dünyadakı iqtisadi böhran ticarət sahəsində də özünü göstərib:
“Alman şirkətləri gələcəkdə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. Bu il biznes forum keçiriləcək orada çoxsaylı şirkətlərimiz iştirak edəcək. Berlində yüksək rütbəli işçi qrupun iclası olacaq. Azərbaycanın iqtisadiyyatının gələcəyinə, inkişafına inanırıq və istəyirik ki, alman şirkətləri buna öz töhfəsini versin”.
Pərvanə Sultanova