İstixanada çətənə kolu yetişdirən Binə sakini tutulub
Polis əməkdaşları istixanada çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Rövşən Xalıqova məxsus istixanaya baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Babək Cahandarov
827