XİN: Azərbaycan Türk Şurası dövlətləri ilə münasibətlərinə yüksək dəyər verir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Azərbaycan Türk Şurası dövlətləri ilə münasibətlərinə yüksək dəyər verir

10:18 - 03 / 10 / 2017
XİN: Azərbaycan Türk Şurası dövlətləri ilə münasibətlərinə yüksək dəyər verir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən, 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

1news.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

 Azərbaycan Respublikası Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir  və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.

3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Türk Şurasına üzv dövlətləri və təşkilatın Katibliyi səmimiyyətlə təbrik edirik.  

P.Sultanova

 

 

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər