Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir

11:34 - 05 / 10 / 2017
Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir

Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilər qəbul olunurlar.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 13 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Kursla bağlı daha ətraflı məlumatı nazirliyin saytından əldə edə bilərsiniz.

Babək Cahandarov

Paylaş:
1581

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər