Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

17:36 - 09 / 10 / 2017
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

1news.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Nazirliyə müraciətlər daxil olmaqdadır.

Məlumatda bildirilib ki, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar DİN-in rəsmi veb saytına (http://mia.gov.az/?//content/liability) daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

“Yeri gəlmişkən, qeyd edilən İnteraktiv pəncərədə iki variantda axtarış aparmaq mümkündür. Birinci variantda soyad, ad, ata adı və doğum tarixini qeyd etməklə, digər variantda isə şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və şəxsin doğum tarixini göstərmək lazımdır. Daxil etdiyi məlumatın düzgünlüyünə əmin olması üçün vətəndaşlara hər iki variantda axtarış aparmaları tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı hansı polis orqanına müraciət etməsi göstərilir.

Vətəndaş borcunu müvafiq qaydada ödədikdən sonra onun barəsindəki məhdudiyyət aradan qaldırılır. Şəxs axtarışda deyilsə, o zaman ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat tapılmamışdır” cümləsi yazılır. Bu isə sorğu edilən şəxsin borclu kimi axtarışda olmadığının göstəricisidir”, - deyə məlumatda qeyd olunub.

Babək Cahandarov

Paylaş:
498

Son xəbərlər

Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24
Bütün xəbərlər