AŞPA-nın sessiyasında Ermənistan dövlətinin rəsmən terrorizmə dəstək göstərdiyi bəyan edilib | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın sessiyasında Ermənistan dövlətinin rəsmən terrorizmə dəstək göstərdiyi bəyan edilib

20:18 - 10 / 10 / 2017
AŞPA-nın sessiyasında Ermənistan dövlətinin rəsmən terrorizmə dəstək göstərdiyi bəyan edilib

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın AŞPA-nın payız sessiyasının ikinci iş günündə deputatların suallarını cavablandırmasına həsr olunmuş parlament saatı bir sıra aktual məsələlərə diqqət yönəldilməsi ilə yadda qalıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əslində bütün Avropa Şurasına ünvanlanın sualını səsləndirib. Suala keçməzdən əvvəl o, müasir dünyanın üzləşdiyi ən müdhiş bəlalardan olan terrorizmə qarşı mübarizədə bütün ölkələrin həmrəylik ifadə etdiyi bir vaxtda erməni terrorizminin əleyhinə kəskin reaksiya verilməməsinin anlaşılmaz bir yanaşma olduğunu bildirib.

Milli Məclisin deputatı Ermənistanın beynəlxalq aləmdə mənfur əməlləri ilə məşhur olan “Asala” kimi terror təşkilatının üzvü olaraq saysız terror əməlləri törətmiş cinayətkarlara nəvaziş göstərməsini, onlara Yerevanda heykəl qoyulmasını, xatirələrinin əbədiləşdirilməsini, canilərin milyonlar qazanmasından ötrü onlara geniş biznes imkanları yaradılmasını assambleya üzvlərinə konkret faktlarla bəyan edərək T.Yaqlanda belə bir sual ünvanlayıb: “Terrorizm bu gün bütün dünyanı narahat edən bəladır. Bütün beynəlxalq təşkilatlar və ölkələr terrorizmə qarşı mübarizədə həmrəyliklərini bəyan edirlər. Amma təəccüblüdür ki, Avropada, dünyanın müxtəlif ölkələrində, Cənubi Qafqazda böyük insan itkiləri ilə nəticələnən qanlı terror aktları törətmiş Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistan dövlətinin xüsusi qayğı göstərməsinə Avropa Şurası göz yumur. Ermənistan dünyada məşhur olan belə terrorçuların ölənlərini rəsmən milli qəhrəman edir, adlarına küçə verir, dirilərinə Ermənistanda geniş biznes imkanları yaradır, terrorizmə dövlət səviyyəsində dəstək göstərir. Avropa Şurasından bütün belə hərəkətlərə etirazı ifadə edən hansısa sərt bəyanatı nə zaman eşidəcəyik?”

Rafael Hüseynovun birbaşa cavab tələb edən bu sualının qarşısında T.Yaqland əsas mətləbdən yayınıb, bu problemin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olduğunu, iki üzv ölkə arasındakı qarşıdurmanın təfərrüatları ilə məşğul olmağın ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirib. Amma Avropa Şurasının da bu münaqişənin diplomatik vasitələrlə həllinə daim töhfə verməyə hazır olduğunu vurğulayıb. “İstənilən halda, harada olmasından asılı olmayaraq bütün terrorizm aktlarını pisləyirik”, - deyə T. Yaqland vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
480

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər