Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırıb | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırıb

21:31 - 10 / 10 / 2017
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru postu uğrunda seçki mübarizəsini dayandırmağı qərar verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

"Mən fəxr edirəm ki, ölkəm tərəfindən YUNESKO-nun baş direktoru  vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.

Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.

YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin YUNESKO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb. 

Məhz YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik.   

Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən bunu borcunu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm”. 

S.Xankişiyeva

Paylaş:
357

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər