Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

12:37 - 11 / 10 / 2017
Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər