Döyüş mövqeyində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Döyüş mövqeyində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” sərgisi açılıb - FOTO

23:00 - 12 / 10 / 2017
Döyüş mövqeyində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” sərgisi açılıb - FOTO

Respublikamızın qərb bölgəsində döyüş mövqelərindən birində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” adlı sərgi açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, sərgidə Azərbaycanın məşhur qalaları - “Əlincə qalası”, “Oğlanqala”, “Cavanşir qalası”, “Bəlləbur qalası”, “Çıraqqala”, “Babək qalası”, “Ramana qalası”, “Mərdəkan qalası”, “Gələrsən-görərsən qalası”, “Koroğlu qalası” və digər abidələrinin təsvirləri yer alır. Burada, həmçinin Gəncə Qarnizonu Zabitlər Evinin təqdim etdiyi 50-dən çox qala və müdafiə tikilisinin fotosu, eləcə də döyüşçü-rəssam Bayram Əlioğlunun “Əsgəran qalası”, “Biz Qarabağa qayıtdıq”, “Əsgəran qalası alındı” rəngkarlıq əsərləri nümayiş olunur.

Dövlət tərəfindən qorunan V-VI əsrlərə aid Alban kilsəsində təşkil olunan sərginin açılışında layihə müəllifi, polkovnik Abdulla Qurbani bildirib ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin rəhbərliyi bu yerlərdə olub, əsrlərin sərt sınaqlarından çıxaraq günümüzədək gəlib çatmış tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi barədə xüsusi tapşırıqlar verib. Qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əzəli Azərbaycan torpaqlarında milli-mədəni dəyərlərimiz qəddarcasına məhv edilir, qarət olunur, dağıdılır, erməniləşdirilir. Lakin bundan fərqli olaraq, xalqımız hansı sivilizasiyaya, mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bəşəri dəyərləri hifz edir. “Bunu bizdən, həmçinin 1954-cü il mayın 14-də qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiya”nın maddələri tələb edir və qarşımızda məsuliyyətli vəzifələr qoyur. Silahlı münaqişələr, həmçinin texnogen aşılanmalar nəticəsində hər hansı bir abidə təhlükə ilə üzləşərsə, dərhal aidiyyəti üzrə məlumat verilməli və həmin abidənin məhv edilməsinin qarşısı alınmalıdır. Bir çox beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizə qarşı qərəzli, ikili standartlara əsaslanan mövqe tutsa da, biz beynəlxalq qərar, qətnamə və konvensiyalara hörmətlə yanaşırıq”, - deyə A.Qurbani bildirib.

Layihənin müəllifi deyib ki, döyüş mövqelərində, cəbhəyanı rayonlarda ön xətdə yerləşən abidələrin, mədəni dəyərlərin qorunmasında hər bir hərbi qulluqçu öz vətəndaşlıq borcunu dərindən dərk edir və bu istiqamətdə səylərini əsirgəmir. Tarixi abidələr əcdadlarımızın nəsillərə əmanətidir. Tariximizi öyrənmədən sevmək, sevmədən onu qorumaq mümkün deyil. Bu sərgi Azərbaycan əsgərinin tariximizə sevgisindən, məhəbbətindən irəli gələn bir tədbirdir və şəxsi heyətin milli-mənəvi, mədəni dəyərlər əsasında tərbiyəsində öz müsbət təsirini göstərəcək.

Sərginin açılışında Milli Məclisin deputatı Elman Nəsirov, “AVEY” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Əməkdar İncəsənət Xadimi, şair-publisist Barat Vüsal və zabitlər çıxış edərək, son dərəcə aktual və əhəmiyyətli təşəbbüsə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Azərbaycan qalaları haqqında ətraflı məlumat alan, sərgidən xoş təəssüratlarla ayrılan hər bir döyüşçü öz səngərini və döyüş mövqeyini bundan sonra da alınmaz qalaya çevirərək döyüş növbəsində, Vətənin keşiyində ayıq-sayıq duracağına, əsgəri borcunu şərəflə davam etdirəcəyinə söz verib.

1news.az

Paylaş:
834

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər