Rumen Radev: Azərbaycan şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır | 1news.az | Xəbərlər
Siyasət

Rumen Radev: Azərbaycan şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

12:16 - 13 / 10 / 2017
Rumen Radev: Azərbaycan şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk.

1news.az xəbər verir ki, bu fikirləri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.

Bolqarıstan ilə Azərbaycan arasında siyasi dialoqun intensivliyinin xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlərin olduğunu göstərdiyini deyən Prezident Rumen Radev siyasi dialoqun səviyyəsinin əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaratdığını vurğulayıb.

Bolqarıstan dövlətinin başçısı bildirib ki, daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. “Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”, - deyə Prezident qeyd edib.

1news.az

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər