Bakıda evdən kişi meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən kişi meyiti tapılıb

12:36 - 13 / 10 / 2017
Bakıda evdən kişi meyiti tapılıb

Bakıdakı mənzillərin birindən kişi meyiti tapılıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
487

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər