Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14:03 - 14 / 10 / 2017
Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

1news.az-a ASC-dən verilən xəbərə görə, bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

“Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunur.

S.Xankişiyeva

 

Paylaş:
494

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər