“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə “Öz yazarını seç” adlı onlayn səsvermə keçirilir.
Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, oxucular 50 müəllif arasından seçim edərək sevimli yazıçılarına dəstək ola bilərlər. Səsvermə oktyabrın 25-dək davam edəcək.
Səs vermək üçün yazar.bakubookfair.az saytına daxil olmaq və ya afişadakı QR-kodu skan etmək kifayətdir.
Səsvermənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi 26 oktyabr 2026-cı il tarixində keçiriləcək.
Siyahı nəşriyyatların, kitab mağazalarının və kitabxanaların təqdim etdiyi təkliflər əsasında hazırlanıb.
72












