“Qarabağ”ın futbolçusuna ağır itki üz verib | 1news.az | Xəbərlər
İdman

“Qarabağ”ın futbolçusuna ağır itki üz verib

1news Redaksiyası16:19 - 14 / 10 / 2017
“Qarabağ”ın futbolçusuna ağır itki üz verib

 “Qarabağ” klubunun haitili futbolçusu Donald Geryeyə ağır itki üz verib.

28 yaşlı futbolçunun azyaşlı qızı Miah dünyasını dəyişib. Bu haqda o, İnstagram sosial şəbəkəsində yazıb.

1 yaş 6 aylıq körpənin xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Gerrye 6 iyul 2017-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Qarabağ” klubu ilə iki illik müqavilə imzalayıb.

S.Xankişiyeva

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər