Rusiya Dövlət Duması komitəsinin sədri: Münasibətlərimizi pozmaq istəyənləri sevindirməyəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Dövlət Duması komitəsinin sədri: Münasibətlərimizi pozmaq istəyənləri sevindirməyəcəyik

11:49 - 15 / 10 / 2017
Rusiya Dövlət Duması komitəsinin sədri: Münasibətlərimizi pozmaq istəyənləri sevindirməyəcəyik

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir. Bu münasibətlərin pisləşməsini istəyən düşmənlərimiz var. Ancaq biz aramızı vurmaq istəyənləri sevindirməyəcək, münasibətlərimizi heç zaman pozmayacağıq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Parlamentlərarası İttifaqın 137-ci Assambleyası çərçivəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov söyləyib.

Assambleyanın əhəmiyyətindən danışan rusiyalı deputat qeyd edib ki, bu cür forumlar əlaqələrimizin inkişafına təkan verir: “Assambleya çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə söhbətimiz oldu, biz Rusiya və Azərbaycan parlamentlərinin iki komitəsinin Bakıda keçiriləcək iclası və Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sonunda Azərbaycana səfəri ilə bağlı məsələləri müzakirə etdik. Tədbirlərdə iqtisadi və humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişafı diqqət mərkəzində olacaq, təcrübə mübadiləsi aparacağıq”.

Leonid Kalaşnikov Azərbaycanda rus dilinə qayğı ilə yanaşılmasında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rolunu xüsusi vurğulayaraq deyib: “Bu yaxınlarda Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu” konfransında mədəni əlaqələrimizdən, Azərbaycanda rus dilinin inkişafına qayğıdan da danışdıq. Mən özüm yayda Azərbaycanda oldum. Çox gözəl istirahət etdim. Azərbaycanda elə bir şərait yaradılıb ki, rusiyalı orada özünü evindəki kimi hiss edir”.

S.Xankişiyeva

Paylaş:
532

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər