Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək

23:07 - 17 / 10 / 2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu il oktyabrın 20-də vergilər naziri Fazil Məmmədov Ağcabədi rayon Vergiödəyicilərinə Xidmət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergiödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar 8 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Qarayev Mahir Qaraxan oğlu, əlaqə telefonu (021-225-25-52), mobil (050-330-77-55), 11 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Eyvazlı Fuad Ədalət oğlu, əlaqə telefonu (055-654-04-72), Ağcabədi Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əbilov Anar Yusif oğlu, əlaqə telefonu (050-462-95-00), İmişli Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Əmiraslanov Ruslan Əliağa oğlu, əlaqə telefonu: (021-246-62-27), mobil (050-445-95-55), Bərdə Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kərimov Sakir Dilən oğlu, əlaqə telefonu (050-350-87-86) və Tərtər Vergiödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Tağıyev İsrafil İsa oğlu, əlaqə telefonu (050-319-44-37) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
433

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər