Azərbaycan istehsalı olan “Feromon” qısametrajlı filminin premyerası keçirilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan istehsalı olan “Feromon” qısametrajlı filminin premyerası keçirilib – VİDEO

16:22 - 23 / 10 / 2017
Azərbaycan istehsalı olan “Feromon” qısametrajlı filminin premyerası keçirilib – VİDEO

Kinorejissor Murad Əliyevin “Feromon” adlı qısametrajlı filminin onlayn premyerası keçirilib.

1news.az-ın məlumatına görə, Bakı şəhərində lentə alınmış filmdə iki gəncin təsadüfi görüşü təsvir edilir. Lakin bu təsadüfdür, yoxsa tale?

Murad Əliyev qeyd edib ki, uşaqlıq və gənclik illərini keçirdiyi Bakını öz filmində canlandırmağı həmişə arzulayıb:

“Bakınının peyzajı bu layihənin uğurlu olmasında mühüm rol oynayıb. Doğma şəhərimin necə gözəl olduğunu tamaşaçılar dönə-dönə qeyd edirlər!”.

Qeyd edək ki, filmin premyerası Amerika Birləşmiş Ştatlarında “Snob Film Festival/NEIF” festivalında keçirilib. Həmçinin film ABŞ, Braziliya və Hindistanda çoxsaylı beynəlxalq festivallarda nümayiş olunub.

Bu festivallarda “Feromon” ən yaxşı rejissor (Murad Əliyev), Ən Yaxşı Qadın oyunçu (Leyla Qurbanova) və Ən Yaxşı Görünüş Rejissoru (Hafiz İsmayıl) nominasiyaları üzrə mükafata layiq görülüb.

Sözügedən filmin qısa icmalını təqdim edirik:

Babək Cahandarov

Paylaş:
1380

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər