Zərdabda minik avtomobili traktorla toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda minik avtomobili traktorla toqquşub: ölən var

14:53 - 24 / 10 / 2017
Zərdabda minik avtomobili traktorla toqquşub: ölən var

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 19 radələrində Zərdab rayonunun Çallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini Qoşqar Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini Süleyman Əhmədovun idarə etdiyi “Belarus MTZ” markalı tarktor toqquşub.

Sonradan Q.Abullayevin avtomobili Mürsəl Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora çırpılıb. Nəticədə xəstəxanaya yerləşdirilən Q.Abdullayev orada ölüb.

Faktla bağlı Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
697

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər