İlham Əliyev: Azərbaycanla Çini xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycanla Çini xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

13:14 - 25 / 10 / 2017
İlham Əliyev: Azərbaycanla Çini xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri,

Çin Kommunist Partiyasının XIX Qurultayının uğurla başa çatması, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini şəxsən öz adımdan və Yeni Azərbaycan Partiyasının üzvləri adından səmimi qəlbdən təbrik edirəm.

Ölkənizin ictimai-siyasi həyatında tarixi hadisə olan XIX Qurultay Çin Kommunist Partiyasının yeniləşməsi, onun gələcək fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, bütövlükdə xalqınızın rifahı, ölkənizin sosial-iqtisadi inkişafı, eləcə də xarici siyasət xətti ilə bağlı irəli sürdüyünüz yeni konsepsiyanın qəbul olunması kimi mühüm qərarlar ilə əlamətdar olmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasını xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün ölkələrimizin aparıcı siyasi qüvvələri kimi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı fəal dialoq eyni zamanda xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsinə və bütövlükdə Azərbaycan-Çin münasibətlərinin inkişafına mühüm töhfələr verir.

Əminəm ki, dərin tarixi kökləri olan Azərbaycan-Çin əlaqələrinin daha da genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə və Çin Kommunist Partiyasının bütün üzvlərinə bir daha təbriklərimi və ən xoş arzularımı yetirir, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Babək Cahandarov

Paylaş:
676

Son xəbərlər

DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00
Bütün xəbərlər