"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.
1news.az report-a istinadən xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.
Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.


71











