Bu ölkədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub

1news Redaksiyası10:49 - Bu gün
Bu ölkədə 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub

Yunanıstan parlamenti 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

1news.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, qərar sosial media platformalarının azyaşlıların sağlamlığına və təhlükəsizliyinə mümkün mənfi təsirləri ilə bağlı narahatlıqların artması fonunda verilib.

Yeni qaydaların 2027-ci il yanvarın 1-dən etibarən tətbiq olunması nəzərdə tutulur.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, sosial şəbəkə platformalarına istifadəçilərin yaşını müəyyənləşdirmək üçün müvafiq yoxlama sistemini hazırlamağa iki ay yarım vaxt ayrılıb.

Yunanıstan Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində istifadəçilərin yaşının təsdiqlənməsi üçün vahid mexanizmin yaradılmasında iştirak edən yeddi Avropa İttifaqı ölkəsindən biridir.

Rəsmilər bu addımın əsas məqsədinin uşaqları sosial şəbəkələrdən həddindən artıq istifadənin yarada biləcəyi fəsadlardan qorumaq olduğunu bildirirlər. Xüsusilə yuxu rejiminə, diqqət toplamaq qabiliyyətinə və sosial münasibətlərə mənfi təsirlər vurğulanır.

Xatırladaq ki, Avstraliya azyaşlıların sosial şəbəkələrdən istifadəsinə bu cür məhdudiyyət tətbiq edən ilk ölkə olub. Fransada da oxşar qanunvericilik təşəbbüsü parlament tərəfindən qəbul edilsə də, avqust ayında Konstitusiya Şurası həmin qərarı ləğv edib.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər