Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərləri Bakıda görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərləri Bakıda görüşəcək

13:55 - 30 / 10 / 2017
Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərləri Bakıda görüşəcək

Bu il noyabrın sonlarında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda görüşü olacaq.

1news.az xəbər verir ki, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, nazirlərinin üçtərəfli görüşü razılaşdırılıb.

E.Məmmədyarov deyib ki, görüş Bakıda keçiriləcək: "Bu ölkələr dünyada siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib oyunçulardır. Ona görə xarici işlər nazirləri səviyyəsində bütün çağırış və təhdidlərin, imkanların müzakirə olunması üçlü formatda müzakirəsi çox faydalıdır. Əgər ciddi təkliflər, məsələlər ortaya çıxarsa, üç ölkənin prezidentlərinin də görüşü mümkündür".

1news.az

Paylaş:
953

Son xəbərlər

Bütün xəbərlər