Hollivud ulduzu Elke Sommer vəfat edib - FOTO

Almaniyalı aktrisa Elke Sommer 85 yaşında vəfat edib.
1news.az xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Məlumata görə, 1960-cı illərdə bir sıra Hollivud filmlərində rol alan aktrisa Los-Ancelesdəki evində ürək çatışmazlığından dünyasını dəyişib.
1940-cı ildə Berlində anadan olan Sommer 1963-cü ildə “The Prize” filmi ilə Hollivudda debüt edib. O, bu filmə görə 1964-cü ildə “Qızıl Qlobus” mükafatına layiq görülüb.
Aktrisanın filmoqrafiyasına 100 film və televiziya layihəsi daxildir.
94











