Zoltan Hernyes: Azərbaycanın Avropa Şurasından çıxması mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Zoltan Hernyes: Azərbaycanın Avropa Şurasından çıxması mümkün deyil

10:14 - 31 / 10 / 2017
Zoltan Hernyes: Azərbaycanın Avropa Şurasından çıxması mümkün deyil

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes Azərbaycanın qurumdan çıxma ehtimalına münasibət bildirib.

1news.az xəbər verir ki, o bunun mümkün olmadığını deyib.

“Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür. Rəsmi Bakı Avropa institutlarının işində tam iştirak edir. Hazırda iki tərəf arasında müxtəlif səviyyələrdə, parlamentlər, Nazirlər Kabineti arasında dialoq aparılır”.

Z.Hernyesin sözlərinə görə, bəzi məsələlər bu əməkdaşlığa problem yaradır və bunlar gələn ayın sonuna kimi həll edilə bilər.

P.Sultanova

Paylaş:
2198

Son xəbərlər

Bütün xəbərlər