“ASAN xidmət” ATƏT-in İnsan Ölçüsü Komitəsində təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” ATƏT-in İnsan Ölçüsü Komitəsində təqdim olunub – FOTO

15:31 - 04 / 11 / 2017
“ASAN xidmət” ATƏT-in İnsan Ölçüsü Komitəsində təqdim olunub – FOTO

ATƏT-in İnsan Ölçüsü Komitəsində Azərbaycanda dövlət xidmətlərinin müasirləşdirilməsi sahəsində hesabat təqdim olunub.

1news.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, qurumun tabeliyində olan "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Ağasi iştirakçılara son illərdə Azərbaycanın dövlət xidmətlərindəki nailiyyətləri barədə ətraflı məlumat verib.

O, "ASAN xidmət"in əlçatanlıq, hesabatlılıq, effektivlik, şəffaflıq və innovasiya kimi prinsiplərə əsaslanaraq fəaliyyət göstərdiyini vurğulayıb.

Təqdimat zamanı "ASAN xidmət"in vətəndaş rəylərinin öyrənilməsi, mütəmadi sorğuların keçirilməsi üçün bir çox kommunikasiya vasitələrindən geniş istifadə etdiyi bildirilib.

Həmçinin qeyd olunub ki, "ASAN xidmət" mərkəzlərində gənclərin, xüsusilə də xanımların könüllü kimi çalışması cəmiyyətdə gender balansının inkişafına müsbət təsir göstərir.

Azərbaycanda viza sisteminin təkmilləşdirilməsi və xarici vətəndaşların 3 saat ərzində elektron viza əldə edə bilməsi üçün "ASAN Viza" portalının fəaliyyət göstərdiyi vurğulanıb.

Həmçinin Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov "ASAN xidmət"in əldə etdiyi nailiyyətlərə toxunaraq bu qurumun dövlət xidmətlərinin göstərilməsində Azərbaycanın beynəlxalq səviyyədə nümunəvi modeli olduğunu bildirib.

Daha sonra təqdimat sual-cavab ilə davam etdirilib.

S.Xankişiyeva

 

Paylaş:
635

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər