Fuad Muradov: “Avronest” PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var | 1news.az | Xəbərlər
Siyasət

Fuad Muradov: “Avronest” PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var

19:42 - 04 / 11 / 2017
Fuad Muradov: “Avronest” PA Bürosunun dövlət başçılarına müraciətində işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var

Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası (PA) Bürosunun “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına etdiyi müraciətdə işğal olunmuş torpaqlarla bağlı bir yanaşma var.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.

Brüsseldə “Şərq tərəfdaşlığı” sammitinin noyabrın 24-də keçiriləcəyini xatırladan F.Muradovun sözlərinə görə, belə sammitdən əvvəl hər bir beynəlxalq Avropa qurumu bununla bağlı iştirakçı dövlət və hökumət başçılarına müraciət göndərir:

"“Bu müraciət bir çox məsələləri özündə ehtiva edir. Burada işğal olunmuş torpaqlarla bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir yanaşma var. Müraciətdə hər bir ölkənin işğal olunmuş ərazilərində sülhün bərqərar olunması məsələsi qeyd edilib”.

Qeyd edək ki, Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət “Avronest” Parlament Assambleyası Bürosu noyabrın 24-də Brüsseldə “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciət yayımlayıb.

Müraciətdə bildirilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.

F.Muradov Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin oktyabr ayındakı son iclasında çıxışı zamanı beynəlxalq birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmağa çağırmışdı.

O bildirmişdi ki, münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir.

S.Xankişiyeva

Paylaş:
866

Son xəbərlər

Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16
Bütün xəbərlər