Azərbaycan innovasiya sahəsində hansı ölkələri nümunə götürüb? - Sədr açıqladı

Azərbaycan texnologiya və innovasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zamanı müxtəlif ölkələrin təcrübəsindən yararlanıb.
1news.az xəbər verir ki, bunu Texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.
O bildirib ki, qanunvericilik dəyişiklikləri hazırlanarkən Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və digər Asiya ölkələrinin təcrübəsi öyrənilib.
“Qanunvericilik dəyişiklikləri hazırlanarkən müxtəlif ölkələrin təcrübəsindən istifadə etmişik. Xüsusilə Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Asiya ölkələrinin təcrübələrinə nəzər salınıb. Bununla yanaşı, yaxın və uzaq qonşu ölkələrin təcrübəsi də nəzərə alınıb”, – deyə Fərid Osmanov qeyd edib.












