“Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirilib

13:53 - 06 / 11 / 2017
“Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirilib

IDEA İctimai Birliyi, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Qədim Gəncə” arxeoloji kompleksində təmizlik aksiyası keçirib.

1news.az-a qurumdan verilən məlumata görə, "Qədim Gəncə" ərazisi tarixən müəyyənləşmiş ərazi və landşaftın qorunması, onun fərdi simasının saxlanması və bərpası məqsədilə Qoruq elan edilib. Qədim Gəncə ərazisində IX-XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri mövcuddur. Orta əsrlərə aid olan qala divarları, körpülər, İmamzadə türbəsi, dəyirman daşı (XII əsr), Gəncə qalası divarı, Comərd Qəssab türbəsi, Gəncə qalası (XVII əsr) kimi bir çox mühüm tikililərin qalıqları da Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun ərazisində yerləşir və qorunur.

Sözügedən aksiyanın keçirilməsində məqsəd Qədim Gəncə arxeoloji kompleksini məişət tullantılarından təmizləmək, ərazidəki elmi, tarixi və mədəni əhəmiyyəti olan arxeoloji abidələrin qorunmasına, Qoruğun ətraf mühitinin mühafizəsinə və tarixi sərvətlərimizin gələcək nəsillərə sağlam və təmiz ötürülməsinə töhfə vermək, ictimai yerlərdə təmizliyə riayət olunmasını təbliğ etmək və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbirə Gəncə şəhərindən 400 nəfərdən çox könüllü qoşulmuşdur. Təmizlik aksiyası zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tullantıları toplayaraq çeşidləyiblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub.

Ətraf mühit problemləri ilə mübarizədə ictimai maarifləndirmə tədbirlərinin əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq bu cür təmizlik aksiyaları təşkil edir. Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə hər il Xəzər sahillərində, o cümlədən ölkəmizin çaylarında çoxsaylı könüllülərin iştirakı ilə təmizlik aksiyaları baş tutur.

IDEA İctimai Birliyi ətraf mühitin mühafizəsinə könüllü qoşulan və xüsusi fəallıq göstərən bütün aksiya iştirakçılarına, o cümlədən tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə qarşı həssas davranmağa, ətraf mühiti çirkləndirməməyə və təbii sərvətlərimizin qayğısına qalmağa çağırır.

 1news.az

Paylaş:
678

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər