Fransaya viza almaq üçün yeni qaydalar açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransaya viza almaq üçün yeni qaydalar açıqlanıb

17:32 - 06 / 11 / 2017
Fransaya viza almaq üçün yeni qaydalar açıqlanıb

Fransanın Azərbaycandakı səfirliyi viza almaq üçün yeni qaydaları açıqlayıb.

1news.az-a səfilikdən verilən məlumata görə, fransız vizalarının yeni mərkəzi olan CAPAGO şirkəti Bakıda “Globus Center” də, Cəfər Cabbarlı küçəsi № 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabr 2017-ci il tarixində açılacaq.

Yuxarıda göstərilən tarixdən başlayaraq bu şirkət əvvələr fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək.

CAPAGO tərəfindən idarə olunan fransız viza mərkəzi, bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 17:00 kimi açıq olacaq.

Yeni viza mərkəzi aşağıda göstərilən işləri həyata keçirəcək:

görüşlərin alınması

viza ilə bağlı sualların cavablandırılması

fransız viza mərkəzində əhalinin qəbulu

viza müraciətlərinin qəbulu

barmaq izlərinin alınması

xidmət xərclərinin toplanması (standart qiymət 26 avro) və viza xərclərinin toplanması

pasportların geri qaytarılması (görüş götürməyə eytiyyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq)

“İşguzar” müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən “Premium”  salonu yaradılıb. Qiymət 80 AZN (Viza rüsümdan savayı)

Yeni fransız viza mərkəzində görüş götürmək üçün France Visas saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub CAPAGO saytında görüş götürmək olar.

CAPAGO internet ünvanı : https://fr-az.capago.eu/
E-mail : [email protected]
Telefon nömrəsi : 012 310 0710

Beləliklə, viza üçün müraciətlər 7 noyabr 2017-ci il tarixindən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla).

İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər CAPAGO şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.

P.Sultanova

 

 

Paylaş:
1271

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər