Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

19:13 - 06 / 11 / 2017
Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

1news.az

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər