Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir

09:02 - 06 / 11 / 2017
Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfər edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nazirin səfəri iki gün davam edəcək.

Xatırladaq ki, 10 fevral 2016-cı ildə İsveçin xarici işlər naziri xanım Marqot Vallström Azərbaycana səfər edib.

P.Sultanova

 

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər