Zakir Həsənov NATO toplantısında iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov NATO toplantısında iştirak edəcək

17:04 - 07 / 11 / 2017
Zakir Həsənov NATO toplantısında iştirak edəcək

Noyabrın 9-da Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində görüş keçiriləcək.

1news.az-ın məlumatına görə, müdafiə naziri Zakir Həsənov həmin görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşəcək.

Toplantıda müdafiə nazirinin ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə, həmçinin Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
869

Son xəbərlər

Bütün xəbərlər