Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb – FOTO

09:05 - 07 / 11 / 2017
Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının sərgisi açılıb – FOTO

Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət “Ulduzlar toplusu” sərgisinin açılışı olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib. O deyib: “Sərgidə yer alan əsərlərin hər biri nadirliyi ilə fərqlənir. Biz uzun müddətdir ki, Heydər Əliyev Mərkəzində qonaqlarımızı Çin incəsənəti ilə tanış etməyi arzu edirdik. Nəhayət, bu imkan yarandı”. Kolleksiyaçı Con Dodelandı və sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırdı.

Con Dodeland Heydər Əliyev Mərkəzində olmaqdan və bu möhtəşəm yerdə çıxış etməkdən məmnun olduğunu bildirərək dedi: “Bu bina nəinki gözəl memarlığı baxımından, həm də burada təşkil edilən sərgilərin keyfiyyəti baxımından bütün dünyada artan nüfuzu ilə seçilir. Artıq bir neçə ildir ki, mən yeni nəsil Çin rəssamlarına dəstək verirəm. Burada olmağımızı, bu sərgini təqdim etmək imkanımızı yüksək dəyərləndirirəm. Həmin rəssamlar öz zəmanəsinin ən istedadlı və yenilikçi rəssamları sırasındadırlar. Onlar əvvəlki nəslə bir növ çağırış olan valehedici sənət üslubu ilə seçilən güclü avanqard əsərləri sahəsinə öz dünyagörüşünü gətirdilər. Bu, olduqca bənzərsiz bir addımdır”.

Sərginin kuratoru Ami Barakla xüsusi əməkdaşlıq etdiyini diqqətə çatdıran kolleksiyaçı onu da vurğuladı ki, sərhədsiz incəsənətlə bağlı eyni duyğu ətrafında bir çox insanları bir araya gətirmək mümkündür. “İpək Yolunun uzun tarixi baxımından Heydər Əliyev Mərkəzi ilə gənc rəssamlar arasında bu təmas həqiqətən əhəmiyyətlidir. Çünki qədim ənənələrlə müasirliyin qovuşduğu bir yerdə tamamilə yeni İpək Yolu salınmaqdadır. Ümid edirəm ki, siz yeni rəssamların əsərlərinin sərgiləndiyi “Ulduzlar toplusu”nu yüksək dəyərləndirəcəksiniz və burada iştirak edən hər bir rəssam həmin ulduz toplusunun bir hissəsidir. Ulduz toplusu dedikdə, mən məhz incəsənət aləminin sabah böyük ulduzları olacaq bu gəncləri nəzərdə tuturam. Onlar öz gücləri, öz dünyagörüşü ilə qlobal bir hərəkatın bir hissəsinə çevriləcəklər”, - deyə Con Dodeland qeyd edib. O vurğulayıb ki, bu sərgi vasitəsilə Şanxay, Pekin və Bakı arasında bir çox əməkdaşlıq formalarının əsası qoyulacaq. Kolleksiyaçı Azərbaycan rəssamlarının da Çinə dəvət ediləcəyinə ümidvar olduğunu söyləyib və sərginin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Layihənin kuratoru Fransada və digər ölkələrdə bir sıra sərgilərin təşkilatçısı olmuş Ami Barak mərasimdə çıxış edərək Heydər Əliyev Mərkəzində olmaqdan məmnunluq hissi duyduğunu bildirib. Sərginin əvvəlcə Tbilisidə nümayiş etdirildiyini qeyd edən kurator deyib: “Bizim arzumuz idi ki, bu sərgini məhz Bakıya gətirək. Nəhayət, bu gün arzumuz reallığa çevrildi. Bu, səyyar sərgidir və o deməkdir ki, biz bu yolla irəliləyərək bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Əslində bu sərgi bizim böyük layihəmizin bir hissəsidir. Hər hansı ticari münasibətlərə gəldikdə, burada sırf malların və ya əmtəənin ticarətindən söhbət getmir, həmçinin mədəniyyət mübadiləsi də baş verir. Bu sərgi çərçivəsində biz olduqca istedadlı, zəngin biliyi olan bacarıqlı rəssamların əsərlərini təqdim edirik. Onlar öz zəkası ilə seçilən rəssamlardır ki, artıq beynəlxalq məkanda da öz yerlərini tutublar və gündən-günə mövqelərini daha da gücləndirirlər. Biz onların əsərlərini burada sərgiləməkdən şərəf duyuruq”.

“Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.

S.Xankişiyeva

Paylaş:
902

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər