Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – XƏBƏRDARLIQ

12:50 - 07 / 11 / 2017
Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə isə, noyabrın 8-i axşam və 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

Babək Cahandarov

Paylaş:
621

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər