Azərbaycanlı milyonçunun hotelində oğurluq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı milyonçunun hotelində oğurluq – FOTO

16:50 - 12 / 11 / 2017
Azərbaycanlı milyonçunun hotelində oğurluq – FOTO

“Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” hotelində oğurluq hadisəsi qeydə alınıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hotelin çölündə olan dekorativ qoruyucu çəpərlər gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Türkiyə polisi 2 metr uzunluğundakı 7 çəpəri oğurlayanları tapmaq üçün axtarışlara başlayıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan və satışa çıxarılan hoteldə işçilər işdən çıxarılıb, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyektdə artıq bu kimi oğurluqlar günbəgün artır.

Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. O, iki qətlin sifarişində ittiham olunur. Bundan öncə cinayət hadisələri ilə bağlı biznesmenin qardaşı Rafiq İsmayılov həbs olunmuşdu. O, 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində təqsirləndirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Telman İsmayılov beynəlxalq axtarışa verilib

S.Xankişiyeva

 

Paylaş:
710

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər