Azərbaycanlı oğlan İstanbul marafonunda evlilik təklifi edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı oğlan İstanbul marafonunda evlilik təklifi edib – FOTO

16:38 - 12 / 11 / 2017
Azərbaycanlı oğlan İstanbul marafonunda evlilik təklifi edib – FOTO

Bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçirilən 39-cu Avrasiya Marafonunda maraqlı anlar yaşanıb.

1news.az-ın türk KİV-ə istinadla verdiyi xəbərə görə,marafonun azərbaycanlı iştirakçısı Maqsud Məmmədov Asiya ilə Avropa qitələrini birləşdirən "15 iyul şəhidləri” körpüsünün üzərində dayanaraq sevgili Aynur xanıma evlilik təklifi edib.

Gözlənilmədən cibində gətirdiyi üzüyü çıxararaq sevdiyi qıza doğru uzadan Maqsud Məmmədov onunla evlənmək istədiyini deyib. Sevgilisi Maqsuda yerindəcə "hə” cavabı verib.

Maqsud Məmmədov İstanbulda evlilik təklifi etməyi əvvəlcədən planlaşdırdığını və qitələri birləşdirən körpünün bunun üçün ən gözəl məkan olduğunu deyib.

S.Xankişiyeva

 

Paylaş:
2005

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər