Metronun bu stansiyasında eskalator əsaslı təmirə dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun bu stansiyasında eskalator əsaslı təmirə dayandırılır

19:33 - 12 / 11 / 2017
Metronun bu stansiyasında eskalator əsaslı təmirə dayandırılır

Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.

1news.az-a  “Bakı Metropoliteni” QSC-dən verilən xəbərə görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

S.Xankişiyeva

 

Paylaş:
585

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər