“Günərzi Qayğı Mərkəzi”ndə çətin həyat şəraitində olan 30 uşağa sosial xidmətlər göstərilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günərzi Qayğı Mərkəzi”ndə çətin həyat şəraitində olan 30 uşağa sosial xidmətlər göstərilir - FOTO

10:37 - 13 / 11 / 2017
“Günərzi Qayğı Mərkəzi”ndə çətin həyat şəraitində olan 30 uşağa sosial xidmətlər göstərilir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Əlil Qadınlar Cəmiyyətinin  (ƏQC) nəzdində yaradılan Qazax rayon “Günərzi Qayğı Mərkəzi”nin fəaliyyəti uğurla davam edir.

ƏQC-nin rəhbəri Məhluqə Rəhimova bildirib ki, rəhbəri olduğu təşkilat bu bu layihəni dövlət başçısının “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən gerçəkləşdirib. Layihənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışını təmin etməkdən ibarətdir.

ƏQC-nin rəhbərinin sözlərinə görə, GQM-də maddi çətinlik üzündən yarımçıq qalan – istilik sisteminin yaradılması, dam örtüyünun dəyişdirilməsi və sair məsələlər yeni layihəyə əsasən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığına təqdim olunmaqa həllini tapıb. Mərkəz yeni mebel və avadanlıqlarla təmin edilib.

M.Rəhimova qeyd edib ki, ƏQC “Günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi 4 ildir uğurlu fəaliyyət göstərir. Onun sözlərinə görə, yer, məkan olaraq ƏQC-ə təqdim olunan binalar arasından Qazax rayonu Ağköynək kənd orta məktəbinin 1947-ci ilin köhnə binası seçilib. Tamamilə yararsız vəziyyətdə olan məktəb binası təmir edilib və Qazax Günərzi Qayğı Mərkəzi olaraq fəaliyyətə başlayıb:

“Mərkəzdə 3-12 yaşlarında çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur”.

1news.az

Paylaş:
2012

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər