Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir – FOTO

12:54 - 13 / 11 / 2017
Amerikaya köçən azərbaycanlı jurnalist qabyuyan işləyir – FOTO

Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır Amerikada yaşayan A.Talıbva orada qabyuyan işlədiyini və bunu əks etdirən fotosunu yayıb.

Modern.az saytı xəbərin nə dərəcədə dəqiq olduğunu öyrənmək üçün Facebook üzərindən Aynur Talıbovanın özü ilə əlaqə saxlayıb. O, deyilənləri təsdiq edərək işindən çox məmnun olduğunu bildirib:

“Niyə görə qabyuyan işləmək utancverici olmalıdır?! Amerika böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür.  Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir”.

A.Talıovanın sözlərinə görə, ona yeni düzəldiyi qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

“Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacam”,- deyə keçmiş telejurnalist zarafatından da qalmayıb

Aynur Talıbova Amerikada yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib:

“Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm”.

Qeyd edək ki, əvəllər “Lider” və ANS telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

Babək Cahandarov

Paylaş:
5931

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər