Əlverişli hava şəraiti davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlverişli hava şəraiti davam edəcək

13:00 - 14 / 11 / 2017
Əlverişli hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi,  şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
629

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər