Bakıda turistin pul qabısı oğurlanıb
Bakıda məşhur kafedə turistin pul qabısı oğurlanıb.
1news.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə gecə saat 23:30 radələrində, “Tarqovı”da yerləşən “No Name” kafesində baş verib.
İraq vətəndaşı, 1988-ci il təvəllüdlü Dheyaa Sattar Khtnin adlı şəxs kafedə əyləşib qəlyan çəkdikdən sonra stolun üzərinə qoyduğu pul kisəsi naməlum şəxs tərəfindən oğurlanıb.
Araşdırma aparılır.
1news.az
921