FHN işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib

22:39 - 14 / 11 / 2017
FHN işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib

Noyabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının I hesabat-seçki konfransı keçirilib.

FHN-dən 1news.az-a verilən məlumata görə, Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransını açıq elan edib.

Gündəlik təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunub.

Sonra konfransın gündəliyində duran ilk məsələ - Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı sədrinin hesabat məruzəsi dinlənilib.

İttifaqın ötən dövrdəki fəaliyyəti ilə bağlı videoçarxın nümayişindən sonra Mehman İsmayılov hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan-Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək FHN işçiləri həmkarlar ittifaqının səmərəli fəaliyyətindən danışıb, görülən işləri yüksək qiymətləndirib, quruma qarşıdakı dövrdə uğurlar arzulayıb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışında FHN işçilərinin həmkarlar ittifaqının qısa zamanda gördüyü işlərdən danışıb.

Həmkarlar ittifaqının təftiş komissiyasının hesabatının dinlənilməsindən sonra konfrans məruzələrlə davam edib.

Çıxış edənlər FHN işçilərinin həmkarlar ittifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini təklif ediblər. Bununla yanaşı, 2018-ci ilin fevralında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiyanın sədri vəzifəsinə yenidən Səttar Möhbalıyevin namizədliyinin dəstəkləndiyi ifadə olunub.

Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibi və həmkarlar ittifaqının sədri seçilib. Namizədliyi konfrans iştirakçıları tərəfindən yekdilliklə irəli sürülən Mehman İsmayılov Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının yenidən sədri seçilib. Sonda həmkarlar ittifaqının təftiş komissiyasının və respublika komitəsinin üzvləri seçilərək təsdiqlənib.

1news.az

Paylaş:
797

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər