Bakı Ali Neft Məktəbi Misir Neft Tədqiqatları İnstitutu ilə memorandum imzalayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi Misir Neft Tədqiqatları İnstitutu ilə memorandum imzalayıb - FOTO

12:17 - 14 / 11 / 2017
Bakı Ali Neft Məktəbi Misir Neft Tədqiqatları İnstitutu ilə memorandum imzalayıb - FOTO

Bakı Ali Neft Məktəbi (BANM) Misir Neft Tədqiqatları İnstitutu (MNTİ) ilə elm və təhsil sahəsində əməkdaşlığa başlayacaq.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu məqsədlə BANM-in rektoru Elmar Qasımov, müəllim- professor heyəti və tələbələrin iştirakı ilə  MNTİ-nin direktoru professor Əhməd Məhəmməd Əl-Sabah və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru qonaqları salamlayıb və bu əməkdaşlığın iki ölkə arasında inkişafın bariz nümunəsi olduğunu bildirib. Rektor tədbir iştirakçılarına BANM və MNTİ arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən danışıb və bu yaranmış münasibətdə olan roluna görə Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna və onun nümayəndələrinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, razılaşmaya əsasən Ali Məktəbin müəllim-professor və tələbə heyəti bu əməkdaşlığın sayəsində neft-kimya, neft emalı, nanotexnologiya və bu istiqamətlərdə layihə və inkişaf proqramları, o cümlədən gələcəkdə doktorantların hazırlanması üzrə bəhrələnə biləcəklər.

MNTİ-nin direktoru, professor Əhməd Məhəmməd Əl-Sabah Ali Məktəbin rektoru Elmar Qasımova isti münasibət və marağa görə öz təşəkkürünü bildirib. Qonaq hər iki ölkə üçün neft sektorunun və bu sahə üzrə araşdırmaların əhəmiyyətindən, daha sonra isə MNTİ-də bu istiqamətdə mümkün olan imkanlardan və şəraitdən danışıb. Cənab Əhməd Məhəmməd Əl-Sabah MNTİ-nin məhz BANM-lə olan əməkdaşlığın bütün istiqamətlərində maraqlı olduğunu bildirib.

Görüşün sonunda Ali Məktəbin professor-müəllim komandası MNTİ-nin müxtəlif şöbələrinin əməkdaşları ilə yaxından tanış olub və bu istiqamətdə fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

Paylaş:
656

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər