İlham Əliyev Sloveniyanın yeni prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Sloveniyanın yeni prezidentini təbrik edib

15:30 - 15 / 11 / 2017
İlham Əliyev Sloveniyanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

S.Xankişiyeva

 

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər