Vanuatuda 6,5 bal gücündə zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

Vanuatuda 6,5 bal gücündə zəlzələ baş verdi

1news Redaksiyası15:48 - Bu gün
Vanuatuda 6,5 bal gücündə zəlzələ baş verdi

Sakit okeanında yerləşən ada dövləti Vanuatuda 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 614 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Məlumata görə, yeraltı təkanlardan sonra sunami xəbərdarlığı verilməyib.

Zəlzələ nəticəsində dağıntıların və insan tələfatının qeydə alınmadığı bildirilir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər